Sendviç panellərin materialı

690
Tarix: Avqust 2021

Müasir tikinti təcrübəsində sendviç panelləri ən çox istifadə olunan inşaat materiallarından hesab etmək olar. 

Uniprocurement şirkəti müxtəlif növ sendviç panellərin istehsalı üzrə ölkədə ixtisaslaşmış, lider şirkətlərdən biridir.

Uzunömürlü və dayanıqlı olan sendviç panellər əsasən 50, 60, 70 və 100 mm ölçülərdə, müxtəlif formalarda istehsal edilir.

Sendviç panellər divar və dam olmaqla iki növə ayrılır. Bu növlər də öz növbəsində materialından asılı olaraq, Uniprocurement şirkəti tərəfindən müxtəlif seçimlərdə təklif olunur.

Poliuretan panelləri, izosionat, poliuretan poliol və pentan adlı üç əsas tərkib hissəsin katalizator materiallar vasitəsilə yüksək təzyiq altında birləşməsindən yaranan bərk köpükdür. Xüsusi quruluşu sayəsində bu material üstün keyfiyyətli istilik izolyasiyasını təmin edir.

Daşyunlu panellərin hazırlanması zamanı istifadə olunan daş yun qeyri-orqanik xam maddələrin (bazalt daşı) yüksək tempraturda əridilərək lif halına gətirilməsi nəticəsində əldə olunur. Bu xüsusi tərkib sayəsində material hətta nəmə və rütubətə məruz qaldıqda belə heç bir karroziyaya uğramır, paslanmır, kiflənmir və ölçülərini sabit saxlayır.

Müxtəlif tərkib hissələrə malik Uniprecurement dam və divar panelləri, üstün keyfiyyəti sayəsində məkanınızı qışda isti, yayda isə sərin saxlayacaq.

Bütün bu texniki keyfiyyətlər ilə yanaşı, sendviç panellər, həmçinin, sifarişçinin istəyinə uyğun olaraq müxtəlif rəng seçimlərində təklif olunur. Rənglər “RAL rəng kataloqundan, istəyə uyğun olaraq seçilir.