Sendviç panellərdən hazırlanan konteynerlər

1125
Tarix: Fevral 2024

Sendviç panellərdən hazırlanan konteynerlər

Sendviç panellərdən hazırlanan konteynerlər, yüksək keyfiyyət, istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, həmçinin korroziyaya davamlılığı ilə seçilir. Bu konteynerlər modul tipli tikililər kimi, həm daimi, həm də müvəqqəti istifadə üçün ən düzgün seçimdir.

Modul konstruksiyasının çevikliyi sayəsində, blok-konteynerləri öz aralarında birləşdirmək mümkündür. İstifadə olunan məişət cihazları interyerin ümumi görünüşünə xələl yetirmədən, istifadə üçün yararlıdır. 

Sendviç panel konteynerlərinin tikintisi zamanı bir-birinə bağlanma sisteminə üstünlük verilir, bu da ənənəvi qaynaq tətbiqlərini aradan qaldırır və konstruksiyanın istismar müddətini uzadır. Enerjiyə yüksək qənaəti ilə fərqlənən sendviç konteyner konstruksiyaları, divar və dam hissələrində istifadə edilərək, konstruksiyanın izolyasiyasını təkmilləşdirir

Konteynerlər müxtəlif məqsədlər üçün geniş istifadə olunur. 

Modul tipli tikililər: Sendviç panellərdən hazırlanan konteynerlər  müxtəlif sektorlarda, o cümlədən tikinti, neft-qaz, energetika, kənd təsərrüfatı, telekommunikasiya sektorlarında istifadə olunur.

Bu konteynerlər həmçinin, müxtəlif ölçülərdə və konfiqurasiyalarda mövcuddur ki, bu da onların müxtəlif istifadə sahələrinə uyğunlaşdırılmasına imkan verir. İstifadəçilərin tələblərinə uyğun olaraq, konteynerlərin daxili təchizatı və tərtibatı müxtəlif variantlarda hazırlana bilər.