Sendviç panel

478
Tarix: Mart 2024

Sendviç panellər tikinti sahəsində inqilabi həllə çevrilib və müasir materiallardan biridir. Bu panellərin tətbiq olunduğu sahələr genişdir və onların fərqli xüsusiyyətləri var.

Ancaq sendviç panellərlə bağlı bəzi doğru bilinən yanlışlar mövcuddur:

Yalnız dam və divarlar üçün:

Sendviç panellər yalnız tavan və divarlar üçün deyil. Onlar eyni zamanda modul tipli tikililərin inşası, sənaye binaları, ictimai və məişət məqsədləri üçün nəzərdə tutulan binalar, avto salon və avto servislər, idman və əyləncə arenaları, qida sənayesi və kənd təsərrüfatı təyinatlı tikililər kimi sahələrdə də istifadə olunur .

Yalnız termoizolyasiya üçün:

Sendviç panellər yalnız termoizolyasiya üçün deyil. Onlar həm də arakəsmə funksiyasını da yerinə yetirir.

Yalnız yeni tikililər üçün:

Sendviç panellər yalnız yeni tikililər üçün deyil. Köhnə binaların rekonstruksiya və restavrasiyası zamanı da istifadə oluna bilər.

Yalnız ağ rəngdə istehsal olunur:

Sendviç panellərin rəng seçimi çox genişdir. Estetik görünüşü təmin etmək üçün fərqli rənglərdən istifadə edilə bilər.

Qısa ömürlü inşaatlar üçün istifadə edilir:

Sendviç panellər ortalama 50 il istifadə edilə bilir. Bu illər ərzində tikiliniz nəm, yanğın, aşınma kimi amillərdən uzaq olacaq .