Zəngilanda çəkilən boru xətti

Tarix: İyul 2022
Kateqoriya Boru işləri

Uzun illərdir həsrət ilə gözlənilən tarixi anları yaşamaqdayıq. Bu qururverici hisləri xalqımıza yaşatdığı üçün əzəmətli Azərbaycan ordusuna öz minnətdarlığımızı bildiririk.

Uğurla başa vurulan “Vətən Müharibəsi” ndən sonra, qaytarılan ərazilərimizdə yenidənqurma və bərpa işləri son sürət ilə davam etməkdədir. Universal Procurement şirkəti bütün bu prosseslərin bir parçası olaraq bərpa işlərində aktiv şəkildə iştirak edir. İstər təchizat, istərsə də tikinti və quraşdırılma sahəsində illərin təcrübəsinə malik olan şirkətimiz, bütün bu təcrübələri Qarabağda yenidənqurma işlərində ortaya qoyur.

Hal-hazırda, davam etməkdə olan layihələrimiz arasında olan Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində su və kanalizasiya xətlərinin çəkilməsi həyata keçirilir.

Olduqca genişmiqyaslı olan bu layihə üçün şirkətimizin professional heyyəti ərazidə yaşayış üçün vacib əhəmiyyət daşıyan xətləri təyin olunan vaxta ərsəyə gətirmək üçün çalışmaqdadır.

Kəndə çəkiləcək kanalizasiya sistemləri üçün 300 diametrlik beton və 200 diametrlik karoge borulardan istifadə edilir. İçməli su xətlərinin çəkilməsi üçün isə Pe tərkibli borular istifadə olunmaqdadır. Xətlərin çəkilməsi zamanı istifadə olunan materiallar Uniprocurement imzası daşıyır və bu da öz növbəsində üstün keyfiyyət anlamına gəlməkdədir.

Ağalı kəndində sürətlə davam edən işlərin tezliklə yekunlaşıb təhvil verilməsi gözlənilir.