Su çənlərinin quraşdırılması

Tarix: May 2020
Kateqoriya Metal konstruksiya işləri

Şirkətlər qrupumuzun birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmiş çalışmamızı diqqətinizə çatdırmaq istəyirəm. Fotoda gördüyünüz çənlərin hər biri 400 m3 həcmində olmaqla 3 ədəddir. Bakı şəhəri ərazisində quraşdırılıb. Metal işləri Metal Konstruksiya zavodumuzda görülüb. İzolyasiya, qaynaq və montaj isə inşaat qolumuz tərəfindən icra edilib.

Ümumilikdə biz tutumu 1000 m3-ə kimi olan su çənlərini, silos sistemlərini istehsal edirik. Müəssisəmizdə yerləşən avadanlıqlar vasitəsi ilə 10 mm-ə qədər olan metalların silinder vasitəsi ilə bükümü həyata keçirilir.

Layihələrimiz

Biz layihələrinizin effektivliyini və keyfiyyətini artırmağa kömək etmək üçün yenilikçi tikinti həllərini təqdim edirik. Müasir texnologiyaları və inkişaf edən inşaat tədbirlərini nəzərə alaraq müştərilərimizə sərfəli materiallar təklif edirik.