Şirkətimiz tərəfindən təqdim olunan sendviç panellər, polikarbonat lövhələr, alkopanlar kimi çeşidlər yüksək keyfiyyəti və davamlılığı ilə seçilir. Satışa çıxardığımız məhsulların keyfiyyətinə tam zəmanət veririk.
Daş yun qeyri-orqanik xam maddələrin (bazalt daşı) 1350 °C 1400 °C temperaturda əridilərək lif halına gətirilməsi nəticəsində alınır. Hətta nəm və rütubətə məruz qaldıqda ölçülərində dəyişiklik baş vermir: çürümür, kiflənmir, paslanmır, korroziyaya məruz qalmır. Həşəratlar və mikroorqanizmlər tərəfindən dağıdılmır. Daş yun lövhələr tam avtomatlaşdırılmış istehsal müəssisəmizdə bölmələrin də içini dolduracaq şəkildə bölünərək panelin səthinə nisbətən perpendikulyar vəziyyətdə qoyulur və beləliklə sendviç panelin sıxılmaya müqaviməti artırılır. Daşyun istilik və səs izolyasiyası, akustik tənzimləmə və yüksək dərəcədə yanğın təhlükəsizliyini təmin edir.
Daşyunlu dam panelinin istifadə sahələri genişdir. Ticarət və yaşayış binalarında, sənaye komplekslərində, anbarlarda və kənd təsərrüfatı strukturlarında geniş istifadə olunur. İstehsal etdiyimiz daşyunu panellərinin çox yönlü olması həm yeni tikililərdə, həm də təmir layihələrində asan quraşdırılmasına şərait yaradır.
Daş yun qeyri-orqanik xam maddələrin (bazalt daşı) 1350 °C 1400 °C temperaturda əridilərək lif halına gətirilməsi nəticəsində alınır. Hətta nəm və rütubətə məruz qaldıqda ölçülərində dəyişiklik baş vermir: çürümür, kiflənmir, paslanmır, korroziyaya məruz qalmır. Həşəratlar və mikroorqanizmlər tərəfindən dağıdılmır. Daş yun lövhələr tam avtomatlaşdırılmış istehsal müəssisəmizdə bölmələrin də içini dolduracaq şəkildə bölünərək panelin səthinə nisbətən perpendikulyar vəziyyətdə qoyulur və beləliklə sendviç panelin sıxılmaya müqaviməti artırılır. Daşyun istilik və səs izolyasiyası, akustik tənzimləmə və yüksək dərəcədə yanğın təhlükəsizliyini təmin edir.
Daşyunlu divar panelinin istifadə sahələri genişdir. Ticarət və yaşayış binalarında, sənaye komplekslərində, anbarlarda və kənd təsərrüfatı strukturlarında geniş istifadə olunur. İstehsal etdiyimiz daşyunu panellərinin çox yönlü olması həm yeni tikililərdə, həm də təmir layihələrində asan quraşdırılmasına şərait yaradır.
Poliuretan Divar Panelləri (PUR) poliol, pentan və izosionat adlı üç əsas tərkib hissənin xüsusi istehsal şəraitində katalizator materiallarla yüksək təzyiq altında birləşməsi nəticəsində yaranan bərk poliuretan köpükdür. Köpük qapalı hüceyrə strukturuna malikdir və buna görə də yüksək dərəcədə istilik izolyasiyasını təmin edir. Səs, su və keçirməzliyinə malikdir. Bakteriya yaratmır. Sıxılmaya müqaviməti yüksək olduğundan məhsuldarlığı yaxşıdır. Maksimum 70-80°C temperaturda istifadə edilməlidir. Maksimum 100-110 °C temperatura davamlıdır. Temperatur daha yüksək olduqda xüsusiyyətlərini itirir.
Divar panellərinin hazırlanması zamanı 0,3-0,5 mm qalınlığı və 1090, 1150 və 1250 mm eni olan polimer örtüklü polad lövhələrdən istifadə edilir. Almaniyadan gətirilmiş xüsusi avadanlıqlar sayəsində davamlılıq faizi və izolasiya gücü artan panellərimiz bazarda öz yerini daima qoruyub saxlayır. Rənglər “RAL” rəng kataloquna əsasən seçilir və poliuretan divar panellərinə (PUR) tətbiq olunur.
Divar panelinin istifadə sahələri genişdir. Zavod binaları, sənaye, hərbi, sosial, kənd təsərrüfatı, idman təyinatlı tikililər, tikinti sahələrindəki müvəqqəti binalar, toyuq fermaları, soyuducu otaqlar, bunkerlər, hipermarketlər, ticarət mərkəzləri, örtülü bazarlar, istilik elektrik stansiyaları kimi daşıyıcı sistemi polad və ya yığılma karkas olan böyük ölçülü binaların divarlarında istifadə edilir.
Polizosiyanat dam paneli (PIR) Poliuretan köpüyün əsas komponentlərinin müxtəlif kimyəvi qarışıqlarla reaksiya girməsindən poliizosiyanurat adlı yeni makromolekulyar quruluş əmələ gəlir. Polizosiyanat sərt köpük, strukturundakı fərqliliyə görə, poliuretanın artan və təkmilləşdirilmiş yanğına davamlılıq göstəricisidir. Hər hansı yanğın zamanı tüstü əmələ gəlməsi də poliuretanla müqayisədə çox az olur.
Polizosiyanat divar paneli (PIR) Poliuretan köpüyün əsas komponentlərinin müxtəlif kimyəvi qarışıqlarla reaksiya girməsindən poliizosiyanurat adlı yeni makromolekulyar quruluş əmələ gəlir. Polizosiyanat sərt köpük, strukturundakı fərqliliyə görə, poliuretanın artan və təkmilləşdirilmiş yanğına davamlılıq göstəricisidir. Hər hansı yanğın zamanı tüstü əmələ gəlməsi də poliuretanla müqayisədə çox az olur.
Əlaqə formamızdan bizimlə əlaqə saxlayın və biz qısa zamanda sizə geri dönüş edəcəyik.