Universal Procurement Service şirkətində "Mühasib" vakansiyası

688
Tarix: İyul 2021

İş barədə məlumat

Universal Procurement Service ölkəmizin ən böyük sendviç panel istehsalçılarından biri kimi uzun illərdir ki, tikinti, energetika, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şirkətlər üçün bir sıra önəmli təchizat həlləri təklif edir.

  • Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi, internet bankinqdən istifadə qabiliyyəti olmalıdır

  • İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması)

  • Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması

  • Bank və kassa əməliyyatları

  • Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavab yazılması

  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

  • Vergi hesabatlarının (ƏDV, Mənfəət Vergisi ,Sadələşdirilmiş Vergi və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması

  • Material silgisini mükəmməl şəkildə icra edə bilmək.

  • 5 günlük iş həftəsi

  • İş vaxtı: 09:00-dan 18:00-dək

  • Əmək qanunvericiliyinə əsasən sənədləşmə

Namizədə tələblər

  • Ali təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə

  • Sahə üzrə ən 2-3 il iş təcrübəsi

  • Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini orta səviyyədə bilmək

  • Kompüter bilikləri: Microsoft office əla səviyyədə

  • 1C Mühasibat Proqramını bilmək (1C 8.3 versiyası ilə işləmə)

  • Vergi Məcəlləsi üzrə biliklər

  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti

  • Yaş həddi 23-34

Ünvan: Heydər Əliyev prospekti 115, Caspian Sport Plaza, 3-cü blok, 16-cı mərtəbə, 110-cu otaq.

Uyğun namizədlər “CV”–lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.