Ucuz sendviç panel

675
Tarix: Noyabr 2021

İstehsalat prossesi zamanı hər bir mərhələ təcrübəli mütəxəssislərimiz tərəfindən xüsusi yoxlanılır.

Tikinti sektorunda öndəgedən şirkətlərdən olan Uniprocurement şirkəti, müxtəlif təyinatlar üzrə poliuretan dolğulu panellər ilə yanaşı, yanğınadavamlı PIR və daşyun dolğulu, soyuq otaq, dam və fasad sendviç panel materiallarının istehsalı üzrə istehlakçılara geniş seçim imkanı təqdim edir.

Tərkibi ekoloji cəhətdən təmiz və insan sağlamlığına tamamilə zərərsiz elementlərdən ibarət sendviç panellər, qeyd edildiyi kimi müxtəlif təyinatlar üzrə çeşidliliyə malikdir.

İnşaat zamanı sendviç panellərin istifadəsi məkanınızı qışda isti, yayda isə sərin saxlamaq baxımından olduqca əlverişli hesab olunur. Bu sayədə enerji sərfiyyatındakı kəskin qənaəti açıq şəkildə müşahidə edə bilərsiniz.

Bu materiallar, ölçü, istifadə olunan dolğu və ya üzlük materiallarından asılı olaraq müxtəlif qiymətlərdə təklif olunur.

Şirkətimiz tərəfindən istehsal olunan panellərin qiymətləri tikinti materiallarının qiyməti ilə müqayisə olunduqda oladuqca əlverişlidir. Qiymət təklifi materialın qalınlığı və onun dam və ya fasad üçün nəzərdə tutulmasından asılı olaraq dəyişir. 50, 60, 70, 100 mm qalınlığında olan panellər həm divar, həm də dam üçün istifadə oluna bilər.

Çıxıntılı və dalğalı örtüklərin qiymətləri dam üçün 32-48 azn, divar üçün isə 29-45 azn-dən başlayır.

Seçim zamanı alıcılar mütəxəssislərimiz tərəfindən, konsultasiya zamanı bütün suallarına ətraflı cavablar tapa bilərlər. Bunun üçün "Təklif al" düyməsinə klikləmək kifayyətdir