Ucar quşçuluq fabriki

781
Tarix: İyun 2022

Sendviç panellərin ən geniş tətbiq olunduğu sahələrdən biri təsərrüfat və heyvandarlıq sahəsidir.

UPS Construction tərəfindən Ucar rayonunda inşası həyata keçirilən quşçuluq fabriki tamamilə metal konstruksiya və sendviç panellərdən istifadə olunmaqla tikilmişdir. İnşa edilmiş bu nəhəng fabrikdə ildə təxminən 800-1000 ton quş ətinin istehsal olunması nəzərdə tutulub. “Ucar Aqro” MMC-nin nəznində faəliyyət göstərəcək bu tikili dövlət səviyyəsində layihə əsasında ərsəyə gətirilmişdir.

Fabrikin qurulması zamanı şirkətimiz tərəfindən istehsalı həyata keçirilən, üstün keyfiyyətə malik metal kontruksiya və sendviç panellərdən istifadə olunub. Material seçimi zamanı heyvanların yetişdirilməsi üçün lazım olan mühitin əldə olunması xüsusilə hesablanmış, arzulanan tempraturun saxlanılması və daha az enerji sərfiyyatı tələb edilən materiallara üstünlük verilmişdir. İnşaat prosesi ixtisaslı mühəndis və işçi heyyətimiz tərərfindən xüsusi dəqiqlik ilə həyata keçirilib. Layihələrimizi həyata keçirdiyimiz zaman ərsəyə gətirdiyimiz mükəmməl nəticələr bizi hər zaman bir addım öndə edir. Biz qısa müddət ərzində önəmli işlərə imza atırıq.

Əldə olunan uğurlu nəticə münasibətilə işçi heyyətimizi və layihədə əməyi keçən hər kəsi təbrik edirik!