Soyuducu anbarların hazırlanması və quraşdırılması

646
Tarix: Aprel 2022

Şirkətimizin xidmət sahələrindən bir digər qolu da istənilən meyvə və tərəvəzlərin, o cümlədən, müxtəlif ərzaq məhsullarının etibarlı saxlanılması üçün soyuducu anbarlarının hazırlanması və quraşdırılmasını həyata keçirməkdir.

Təhvil verdiyimiz son işlərdən biri olan nəhəng soyuducu kamera Ağstafa rayonunda təyinatı üzrə yerləşdirildi. Rayonun ilk soyuducu kamerası olan avadanlığın ümumi həcmi 1000 ton təşkil edir. İstifadə olunan materialların mühəndislərimiz tərəfindən dəqiqlik ilə tətbiq etdirilərək hazırlandığı kameralar uzun illər istifadə üçün əlverişlidir. Müxtəlif təyinatlar üzrə istifadəsi mümkündür. Məhsulların ilk günki təravətinin saxlanılması baxımından əvəzsiz olan bu geniş həcimli kameraların əsas istifadəsi kartof bitkisinin uzun müddət saxlanılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur.

Soyuducu kameranın sifarışçisi olan sahibkar onu əkinçilik təsərrüfatı ilə məşğul olan fermerlərə kirayə vermək məqsədi ilə hazırlatmışdır. Bu isə öz növbəsində bu cür avadanlıqlar hazırlatmağa kifayət qədər vəsaiti olmayan fermerlər üçün gözəl bir fürsətdir.

Yalnız üstün keyfiyyətli detallardan hazırlanmış məhsul və avadanlıqlarımız dayanıqlılıq və yüksək performans nümayiş etdirir. Soyuducu kameralar təbiətdən gələn və ya digər mövcud risklər nəzərə alaraq inşa edilir.

Şirkətimiz adından belə uğurlu layihələrə imza atmaq bizi olduqca şad edir. Ümid edirik ki, qısa zamanda oxşar layihələrin sayı artacaqdır.