Sendviç panellərinin növləri

634
Tarix: Fevral 2021

Sendviç panel – üzlük tikinti materialıdır.

Söz birləşməsi ingilis sözü sandwich (çox qatlı buterbrod) sözündən əmələ gəlib. 

Sendviç panelləri tikintidə və təmirdə istifadə olunur.

Təyinatı üzrə iki növ sendviç panel mövcuddur:

  • divar
  • dam

Divar seriyaları otaq arası arakəsmələr kimi yığılır. Bəzi hallarda, istismar xarakteristikalarından asılı olaraq, mərtəbələrarası arakəsmə kimi də istifadə oluna bilər.

İzolyasiya növləri.

Sendviç pannelərin plitələrin arasında müxtəlif növ izolyasiya materialarından istifadə olunur:

  • poliuretan;
  • daşyunu;

Materialların istilik saxlama qabliyyəti izolyasiyası xüsusiyyətlərindən asılıdır. 

Məsələn, fasadın üzlənməsi üçün 50, 60, 70, 100 mm qalınlığında poliuretan sendviç paneldən istifadə olunur.

Üstünlükləri

Sendviç panel sənaye və ticarət obyektlərində tikintisi üçün istifadə oluna bilər. Müasir supermarketlərin əksəriyyəti və əyləncə məkanları sendviç panel istifadəsi ilə tikilmişdir. Bu materialdan yaşayış binalarının damlarının tikintisi üçün geniş miqyasda istifadə edilir.

Əsas üstünlükləri:

  • Münsaib qiymət
  • Asan montaj olunur
  • İzolyasiya xüsusiyyətləri