Sendviç panellərini hansı sahələrdə tətbiq etmək olar?

611
Tarix: Mart 2021

Sendviç panelləri müasir tikinti materialıdır. 

Onun fərqləndirici xüsusiyyəti tikinti layihəsinə yüksək ekspluatasiya imkanları verən, çoxtəbəqəli konstruksiyadır.

Sendviç panellərin konstruktiv və memarlıq həllərinin realizəsində vacib xüsusiyyətlərinə görə - yüksək istehsalat qabiliyyəti, zəngin rəng çalarları, müxtəlif ölçü və modifikasiyalarının geniş diapazonu – tikintidə geniş istifadə olunurlar. Bu panellər sənaye binalarının, ictimai və məişət məqsədləri üçün nəzərdə tutulan binalar, avto salon və ya avto servislər, idman tikililəri, qida sənayesi və kənd təsərrüfatı təyinatlı tikililər, köhnə binaların rekonstruksiya və restavrasiyası vaxtı geniş istifadə olunur. Demək olar ki, istənilən azmərtəbəli binalardan başqa, sendviç panellər həm də modul tipli tikililərin inşasında da istifadə oluna bilər. Sendviç panellərin tətbiq olunduğu sahələr siyahısını hələ tamamlamaq olar. Prinsip etibarilə, bu panellər istənilən növ tikinti layihəsi üçün uyğundur.

Divar sendviç panelləri təkcə montaj işlərinin asanlığı ilə deyil, həm də demontajın yüngül proses olması ilə fərqlənir.

Dam sendviç panellərinin istifadəsi bu materialın istifadəsinə başqa xüsusiyyətlər də əlavə edir: lazımi möhkəmliyin təminatı, termo və hidroizolyasiya. Dam örtüyündə istifadə olunan sendviç panelləri 10 dərəcədən çox olan əymə bucaqlı istənilən növ damlara quraşdırıla bilər. Bu həm yaşayış, ofis və ya kommersiya obyektləri, istehsalat sahəsi, idman və ya əyləncə arenaların örtülməsində istifadə oluna bilər.