Sendviç panellərin yük daşıma qabiliyyəti

656
Tarix: Aprel 2022

Sendviç panellər, iki metal  arasında poliüretan və ya daşyun dolğudan ibarət kompozit materialdır.

Dam, fasad, arakəsmə, soyuq depolar və bu kimi bir çox həllərdə geniş şəkildə tətbiq olunur. Sürətli və asan montaj, yüksək izolyasiya bu məhsulu daha da ön plana çıxarır.

Ən önəmli xüsiyyətlərindən olan mexaniki dayanıqlıq yüksək standartlara uyğun olaraq dəfələrlə test edilmiş və özünü doğrultmuşdur. Müasir tətqiqatlar müəyyən edir ki, sendviç panelin yük daşıma qabiliyyətində, onun dolğu materialının eni və qalınlığı olduqca böyük rol oynayır. Yüngülçəkili olmasına baxmayaraq yük daşıma potensialı yüksəkdir. Bunu dam üçün nəzərdə tutulan sendviç panellərdə daha aydın müşəhidə edə bilərik. Keyfiyyətli xammal istifadə olunduqda, yüksək keyfiyyətli və dayanıqlı panellər ərsəyə gəlir.

Sendviç panellərin yük daşıma qabiliyyətinin ölçülməsi üçün araşdırmalar yükün çəkisi nisbətən artırıla-artırıla və dəqiqələrdən başlayaraq aylara qədər olan zaman kəsiyində tətbiq olunmuşdur.

Purlin arasındakı məsafəyə görə panellər tərəfindən daşınan paylanmış yük, təxminən, 7 metr məsafədə orta hesabla 35 kq/m2, 1 metrə qədər məsafədə isə 1500 kq/m2 təşkil edir. Testlər, çəkisi 15 kq/m2 olan panellər üzərində aparılmışdır. Panel çəkisinin hesablanmasında Poliuretan (PUR) sıxlığı 40 kq/m³, Poliizosiyanurat (PIR) sıxlığı 42 kq/m³ götürülür. 

Lakin, dolğu qalınlığının həddən artıq artırılması panelin məhsuldarlığına mənfi təsir göstərə bilər