Sendviç panellərin üstünlükləri haqqında

693
Tarix: İyul 2021

Sendviç panelləri inşaat bazarını surətlə fəth edərək, bu gün ən çox istifadə olunan materiallardan birinə çevrilib. 

Onun fərqləndirici xüsusiyyəti tikinti layihəsinə yüksək istehlak imkanları verən, çoxtəbəqəli konstruksiyadır. Müasir tikinti təcrübəsində sendviç panellər sənaye binaları, ictimai və məişət məqsədli binalar, idman tikililəri, anbar, sex, xəstəxana, yataqxana, yeməkxana, avto dayanacaq, tibb məntəqəsi, hərbi kazarma və s. bu tipli tikililərin inşasında uğurla tətbiq olunur. Sendviç panellər həm də modul tipli istənilən növ tikililərin inşasında da istifadə oluna bilər.

Tikinti sektorunun inqilabi həllinə çevrilmiş sendviç panellərinin bir sıra üstünlükləri vardır. İlk növbədə, panellərin istifadəsi nəticəsində tikilinin yüksəldilmə vaxtı qısalır və proses daha ucuz başa gəlir. Hazır komponent olan bu panellər, istənilən anda montaj üçün hazır və yararlıdır. Bundan əlavə sendviç panellər:

  • Uzun istismar müddəti ilə də fərqlənir (ortalama 50 il)
  • Termo izolyasiya qabiliyyəti yüksəkdir
  • İstiyə, soyuğa, yanğına və nəmə davamlıdır
  • Panellər əksər tikinti materiallarından dəfələrlə yüngüldür
  • Panellərin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir
  • Atmosfer təsirlərinə dayanıqlıdır (anti-korroziya xüsusiyyətləri)
  • Montaj işlərinə sərf olunan minimal vaxt
  • Sendviç panellərindən yığılmış obyektlər asanlıqla daşına bilir  
  • Əlverişli qiymət

Beləliklə, sendviç panellərin bütün üstünlüklərini sadalıqdan sonra, heç kəsdə materialın innovativ xüsusiyyətləri haqda şübhə qala bilməz. Əgər siz də sendviç paneldən tikilmiş məkanın sahibi olmaq istəyirsinizsə, bizə müraciət edin!