Sendviç panellərin termal xüsusiyyətləri

707
Tarix: Oktyabr 2021

Universal Procurement şirkəti müxtəlif növdə və fərqli təyinatlar üçün nəzərdə tutulmuş sendviç panellərin istehsalı sahəsində ölkə üzrə ixtisaslaşmış, lider şirkətlərdən biridir.

İki boyalı Galvaniz və ya Aliminium lövhə arasında (PIR vəPUR) iç dolğu materialı ilə istehsal edilən sendviç panellər, tikililərin dam və fasad bölgələrində istifadə olunur. Sendviç panellər tətbiq olunduğu məkanda olduqca yüksək istilik, su, səs izolyasiyasını təmin edir və nəmin qarşısını alır.

Sadalanan bütün bu müsbət xassələr arasında, sendviç panellərin istilik izolyasiyası üçün olduqca uyğun tərkibdə olmasını xüsusi qeyd etmək yerinə düşərdi. Termal izolyasiya, qışda isinmək, yayda isə sərinləmək üçün sərf olunan enerjini azaltmaq və komfortlu mühit yaratmaq baxımından bir tikilidə təmin oluna biləcək vacib nüansdır.

İnşa olunan tikililərdə sendviç panellərin tətbiqi, kif, nəm kimi problemlərin qarşısını alır və tikilinin uzunömürlü olmasına imkan yaradır. Sendviç panellərin izolyasiya materiallarının qalınlığı, yük daşıma potensialına, iqlim şəraitinə, tikilinin istifadə məqsədinə və digər göstəricilərə uyğun olaraq xüsusi şəkildə təyin edilir. 30-80 mm arasında dəyişən poliuretan qalınlığı standart hesab olunur.

Sendviç panellərin daxili divarlarda tətbiqi zamanı nəzərə alınmalı olan bir digər vacib məsələ isə, otaq ilə divar arasındakı istilik fərqinin maksimum 3ºC olmasıdır. Əks təqdirdə divarlarda arzu olunmayan tərləmə və damma əmələ gələ bilər. Bu cür halların yaşanmaması üçün, tətbiq zamanı lazım olunan dəyərlərin düzgün hesablanması vacib əhəmiyyət daşıyır.