Sendviç panellərin qısa tarixçəsi

678
Tarix: Fevral 2021

Tikinti ən dinamik inkişaf edən sahələrdən biridir. 

Tikintidə istifadə olunan texnologiyalar daim təkmilləşdirilir. Çünkü materialların keyfiyyətinin artırılması və tikinti prosessinin müddətinin qısaldılnası tələbat olub. Bu səbəbdən tikinti sahəsində müxtəlif növ konstruksiyalar icad edilib.

Sendviç panellərin yaradılması ideyası Amerika inşaatçısı və memar Frank Loyd Rayta məxsusdur. Məhz o, ötən əsrin 30-cu illərində yaşayış kotecinin tikintisində istifadə etdiyi müasir sendviç panellərinin prototipini yaratmışdır.

Bu prototip, arakəsmə divarın yaradılması üçün istifadə olunmuşdur. Yeni icad olunan material istiliyi uzun müddət saxlayırdı və eyni zamanda asan quraşdırıldı. Lakin ilk sendviç panellər alova qarşı dözümlü deyildi və bir sıra digər çatışmamazlıqlar var idi.

XX əsrin 50-ci illərində Frank Lloyd Raytın tələbəsi - Olden Dou sendviş panellərin təkmilləşdirilməsi məsələsində xeyli irəliləmişdir.

Artıq 10 il sonra, 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində Koppers Company şirkəti sendviç panellərinin kütləvi konveyer istehsalına start verildi.

1986-ci ildə sendviç panellərin daş yunu istifadəsi ilə istehsalına başlanıldı. Daş yunu panelin ilk yaradıcısı Finlandiyanın Paroc şirkətidir.

2009-cu ildə İsveçrədə sendviç panellərinin istehsalı zamanı daha bir yeni qat – fotoelementdən istifadə olunmağa başlandı. Fotoelement panelləri İsveçrə Federal Politexnik Məktəbinin korpusunun tikintisində istifadə edilmişdir.