Sendviç panellərin ölçüləri haqqında

790
Tarix: Sentyabr 2021

Əla istilik izolyasiyasına malik, asan quraşdırılan və söküləbilən.

Dayanıqlı və uzunömürlü, yanğına və suya davamlı səs izolyasiyasına malik sendviç panellərinin professional istehsalçısı olan Uniprocurement şirkəti, divar və dam sendviç panellərini müxtəlif ölçülərdə sifarişçinin ixtiyarına təqdim edir.

Panellərin qalınlığı 50; 60; 70 və 100 mm.

Sendviç panellər, Uniprocurement şirkətinin mütəxəssis heyyəti tərəfindən xüsusi dəqiqlik ilə hazırlanır.

Bütün bu mühəndislik və istehsal keyfiyyətlərini özündə cəmləyən divar və dam panelləri bakteriya yaratmır, yüksək məhsuldarlığa malikdir və su hopdurmur.

Müxtəlif iqlim və istifadə sahəsinə uyğun olan panellər həmçinin yüksək dözümlülük nümayiş etməsi ilə seçilir. Belə ki, bu məhsullar -65°C …+110 °C - ə qədər istilik və soyuqluk dərəcəsinə davamlılığa malikdir.