Sendviç panellərin müsbət və mənfi cəhətləri

701
Tarix: Noyabr 2021

Son illərdə, sendviç panellərin inşaat sektorunda inqilabi həll yolu olduğu öz təstiqini tapmışdır. Bu material, istər tavan, istərsə də divar applikasiyası üçün öz populyarlığını hər keçən gün artırmaqdadır.

Geniş əhatə dairəsinə malik olan sendviç panellər bir sıra müsbət və mənfi tərəfləri özündə birləşdirir.

Bu materilların, orta hissələri izolyasiya məqsədli dolğu materialı olmasına baxmayaraq yük daşıma qabiliyyətləri yüksəkdir və yüngül çəkiyə malikdirlər.

Sendviç panellərin müsbət keyfiyyətləri arasında, üstün izolyasiya qabiliyyəti və daşyun, poluretan, eps, xps kimi materiallar sayəsində enerji sərfiyyatına qənaət etməsini də qeyd etmək lazımdır. Sadalanan dolğu materialları, sendviç panellərin istilik və səs izolyasiyasını keyfiyyətli bir şəkildə təmin edir.

Dolğu materialı kimi yun istifadə olunduqda yanğına qarşı davamlılığı olduqca yüksələn sendviç panellər sürətli quraşdırılma, uzunömürlülük, asan baxım və bərpa kimi keyfiyyətləri də özündə birləşdirir.

Sendviç panellər, bütün bu sadalanan müsbət cəhətlər ilə yanaşı bir sıra mənfi xüsusiyyətlərə də malikdirlər.

Bu mənfi xüsusiyyətlər arasında ilk növbədə düzgün işçilik tətbiq olunmadıqda və baxım göstərilmədikdə arzulanan izolyasiyanı təmin etməməsini vurğulaya bilərik. Həmçinin, iç dolğu materialı olaraq polimer əsaslı köpük material istifadə olunması, bu məhsulların yanğına davamlılığını olduqca aşağı salır.

Bəzi hallarda, yüksək istiliyə və günəşə məruz qaldığı təqdirdə deformasiyaya uğraması da sendviç panellərin arzuolunmaz cəhətləri sırasındadır.