Sendviç panellərin inşaatda olan rolu

701
Tarix: Avqust 2021

Universal Procurement Service şirkəti son illər ərzində təkcə dünya ölkələrində deyil, həm də Azərbaycanın tikinti sektorunda geniş yayılmış sendviç panellərinin istehsalı sahəsində lider şirkətlərdən biridir.

Universal Procurement Service şirkətinin istehsal etdiyi panellərdə yalnız ekoloji cəhətdən təhlükəsiz və yüksək keyfiyyətli xam mallardan istifadə olunur. İnşaatda sendviç panellərdən istifadə edilməsi, istilik xərclərini əhəmiyyətli dərəcədə azaldır. Bundan başqa sendviç panellər səs izolyasiya edici keyfiyyətə malikdir.

50, 60, 70, 100 mm qalınlıqda olan sendviç panellər istifadə sahəsi həm dam, həm də divar örtüyü üçün yararlıdır. Bu panellərdən anbar, istixana, konteyner, zavod, fabrik, yarım fabrik evlər, soyuducu kamera və başqa bu kimi tikililərin inşasında istifadə olunur. Sendviç panellərdən qurulmuş tikililər büdcə baxımından daha əlverişli, montaj etapında isə daha tez yığılan konstruksiyalardır. Sendviç panellərin daha bir üstün cəhəti onların həm oda, həm nəmə davamlı olmaqlarından ibarətdir.

Sendviç panellərin əsas üstün cəhətlərini aşağıdakilardır:

  • Davamlıdır, uzun istismar müddəti ilə də fərqlənir (ortalama 50 il);
  • Yüngül çəki, panellər əksər tikinti materiallarından dəfələrlə yüngüldür;
  • Rəng seçimi, panellərin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” rəng kataloqundan seçilir;
  • Yüksək izolyasiya;
  • Dözümlülük, istiyə soyuğa, yanğına və nəmə davamlıdır;
  • Atmosfer təsirlərinə dayanıqlıdır (anti-korroziya xüsusiyyətləri);

Beləliklə, sendviç panellərin bütün üstünlüklərini sadalıqdan sonra, materialın innovativ xüsusiyyətlərinə şübhə qalmır.