Sendviç panellərdə xüsusi kilid birləşməsi

646
Tarix: Oktyabr 2022

Xüsusi kilid birləşməyə malik sendviç panellər ikiqat birləşməlidir və həmçinin kilid vasitəsilə bir-birinə bağlıdır. Bu şəkildə asan montaj və mükəmməl bir izolyasiya təmin edilir.

Bəs qeyd olunan bu xüsusiyyət kilid birləşməli sendviç panellərə nə kimi üstünlük təmin edir?

Mükəmməl dayanıqlılıq və istilik izolyasiyası

Bu sistemə malik panellər yenilikçi qəlib texnologiyası ilə ərsəyə gətirilmişdir və mövcud bazardakı bir çox paneldən daha çox sıxlığa malikdir və 100% sızdırmaya davamlıdır. Bu quruluşu sayəsində tətbiq olunduğu tikililərdə izolyasiyanı təmin etməklə enerji sərfiyatına qənaət edir. Bu xüsusiyəti sayəsində soyuq otaq həlli kimi ideal seçim hesab olunur.

Asan montaj

Dayanıqlı kilid sistemi sayəsində asanlıqla qurulur və kənar təsirlərə qarşı yüksək dözümlülük sərgiləyir.

Geniş tətbiq sahəsi

Müxtəlif növ təyinat üçün - istər divar, istər tavan/dam, istərsə də döşəmə kimi tətbiqi mümkündür.

Kilid sistemli döşəmə panelləri üst səthdə 0,80 mm qalınlığında kontrplakdan və aşağı səthdə 0,5 mm qalınlığında sinklənmiş təbəqədən ibarətdir. İstəyə bağlı olaraq kontrplak üzərinə xüsusi yapışqan ilə vurulan sürüşməyən CRNI Lövhə ilə də istifadə etmək mümkündür. Kontrplak döşəmə paneli standart olaraq 111 sm, CRNI döşəmə paneli isə 120 sm genişlikdə, kilidli sistem tətbiq edilərək istehsal olunur.

Bu sistemə malik döşəmə növləri yüksək yük daşıma qabiliyətinə malik olmaqla yanaşı gigyenikdir və asan quluq tələb edir.