Sendviç panel zavodu

706
Tarix: İyun 2022

Sendviç panellər son 50 il ərzində sərfəli tikinti materialı olması ilə xüsusi şöhrət qazandı. Birləşdirilmiş materiallar hər zaman iki üz təbəqəsindən (tətbiq sahəsindən asılı olaraq sərt metal və ya nazık alüminium, kağız və ya membranlar kimi elastic laydan) və əsas izolyasiya dolğusundan ibarət bu materialın istehsalı üçün, əsasən, iki proses mövcuddur:

Davamlı proses

Bütün istifadə olunan materiallar birlikdə işlənir və bitirilərək formalaşdırılmış panel xətti dayandırmadan maksimum 15 m uzunluqda kəsilir.

Bu xətt, metal üst təbəqələri olan orta qalınlıqdakı panellərin (40-50 mm) istehsalında dəqiqədə təxminən 14 metr orta sürətlə həyata keçirilir.

Materiallar ayrı-ayrılıqda işlənir, yəni üz təbəqələri formaya salınır və arzu olunan (eni standart 1m, uzunluğu 1m-dən 15m-ə qədər) uzunluqda kəsilir. Daha sonra köpük vurulan bir presdə birləşdirilir.

Bundan əlavə, bu proses davamlı proseslə müqayisə olunmayan, daha aşağı məhsuldarlığa malikdir.

Binaların dam və fasad örtüyü, izolyasiyalı daxili bölmələr və ya soyuq depoların yaradılması üçün istifadə olunan sendviç panellər olduqca geniş təyinat sahəsinə malikdir.

Yüngül çəkisi, asan tətbiq və güclü izolyasiya qabiliyyəti bu məhsulu inşaat sahəsinin ən çox istifadə olunan materiallarından birinə çevirmişdir.

Keyfiyyətli materiallar seçilərək, yüksək texnologiya ilə istehsal olunan UPS Construction sendviç panelləri istənilən növ istifadəyə uyğundur və uzun illər dayanıqlı olması ilə seçilir.