Sendviç panel seçim kriteriyaları

345
Tarix: Mart 2021

Sendviç panel seçim kriteriyaları

Sendviç panellər inşaat bazarını surətlə fəth edərək, bu gün ən tələb olunan materiallardan birinə çevrilib.

Bəs bu panelləri tikintidə istifadə etmək üçün hansı meyarlara fikir vermək lazımdır?

Beləliklə, materialın bütün müsbət cəhətlərini öyrəndikdən sonra, seçiminizi sendviç panel üzərində dəqiqləşib. İlk növbədə, nəzərə almaq lazımdır ki, yalnız düzgün/keyfiyyətli panel seçdikdə, onun bütün gözlənilən xüsusiyyətlərinə şahid olmaq mümkündür - qısa montaj vaxtı, termoizolyasiya, yüngül konstruksiya və s. Seçim edərkən bir neçə əsas meyara diqqət yetirmək zəruridir.

Örtük xüsusiyyətləri ən vacib amil olaraq, bir neçə əsas materialı tərkibində cəmləşdirir. Burada əsas istifadə olunan material qismində gips, metal, nəmə davamlı lövhə çıxış edir. Yaşayış binaları üçün OSB panellərindən və sərt polistiroldan hazırlanmış SİP-panellərin seçimi tövsiyə olunur.

Paneldə istifadə olunan doldurucu bu materialın önəmli komponentlərindən biridir. Adətən, özünü söndürən penapolisterol seçilir. Bu material nəm keçirmir, hava keçirəndir, yanğına yüksək davamlıdır, sərt və möhkəmdir. Bu tip doldurucu tavan, divar və damlar üçün istifadə olunur.

Panellərin fakturası hamar və ya kobud, daş, taxta və s. səth imitasiyalı ola bilər. Bu tip faktura panelin davamlılığını artırmağa kömək edərək, mexaniki təsirlərə, temperatur dəyişməsinə, nəmə qarşı mübarizə aparır.

Və, sonda, sendviç panelin rəngi də xüsusi önəm kəsb edir. Rənglər panelin RAL kataloqundakı kodlara əsasən təyin olunur. Əvvəlcədən lazımi rəngdə seçilmiş panel inşaatın sonuncu-rənglənmə- etapında vaxt və maliyyəyə qənaət olacaq.