Sənaye obyektlərdə sendviç panellərin rolu

592
Tarix: Mart 2021

Sənaye kompleksi texniki xüsusiyyətlərini itirmədən uzun müddət istifadə qabiliyyətini saxlayan müxtəlif, qısa zamanda tikilə biləcək konstruksiyaların inşasını tələb edir.

Sendviç panellərdən yığılan sənaye tikililərinin inşasına olan tələbat getdikcə artmaqdadır. Buna səbəb olan əsas amillər tikintinin surəti, materialların etibarlılığı və asan istifadəsidir.

Sənaye tipli obyektlərdə sendviç panellərin rolunu artıran amil, artıq mövcud kompleks sahəsinin əlavə panellər vasitəsilə genişləndirmə imkanıdır. Konstruktor prinsipini xatırladan “sendviçlər” asanlıqla sökülə, və, daha sonra başqa ərazidə yenidən rahatlıqla yığıla bilir. Plitələr öz keyfiyyətini itirmir və emal olunmadan növbəti istifadəyə hazırdır.

Sənaye sektoru üçün daxilində dəzgah və başqa istehsalat avadanlığının rahat yerləşdirilməsi üçün nəzərdə tutulan sexlərin tikintisi səciyyəvidir. Sendviç panellərinin köməyi ilə, həmçinin, tikintinin istənilən etapında daxili planlama dəyişdirilə bilər.

Sendviç panellərdən yığılan sənaye obyektlərinin daha bir üstünlüyü – dərin təməl qazıntısına ehtiyacın olmamasıdır. Bu, birbaşa olaraq, ağır texnika ilə olan işə, beton və armatur alınmasına, eləcə də vaxta böyük qənaətdir.

Sendviç panel materialının tərkibində zərərli kimyavi maddələr yoxdur. Ona görə üç qatlı panellərdən həm də meyvə-tərəvəz saxlama anbarları, heyvandarlıq fermaları, qida sənayesi sexlərinin tikintisi üçün də istifadə etmək məqsədə uyğundur.