Poliuretan Divar Paneli (sendviç panel) üstünlükləri

665
Tarix: Fevral 2023

Tikinti materialının Sizin layihənizə uyğun olmasını aydınlaşdırmaq istəsəniz, mütləq üstünlükləri barədə məlumatılı olmalısınız. Bu məlumat Sizə düzgün seçim etməyə və qərar verməyə kömək edəcək.

1. MƏQSƏDƏUYĞUNLULUQ. Qiymət və keyfiyyət baxımından sendviç panelər ən əlverişli tikinti materiallarındandır.

2. MÜXTƏLİF TƏYİNATLI sendviç panelləri bina fasadlarının dekorativ bəzəyi, həm də izolyasiya üçün istifadə edilir. Poliuretan tikinti materialı vasitəsi ilə müxtəlif dizayn ideyalarınızı tətbiq edib binanın eksteryerini gözoxşayan edə bilərsiniz.

3. QURAŞDIRILMASI ASAN, ÇƏKİSİ YÜNGÜL olan poliuretan divar panellərini istənilən obyektə asanlıqla daşıyıb,montaj etmək mümkündür. Quraşdırma üçün xüsusi tikinti avadanlığının olmasına ehtiyac yoxdur.

4. RÜTUBƏTƏ DAVAMLIDIR. Rütubətə məruz qalan ərazilərdə nəm və sudan təsirlənməyən poliuretan divar örtüklərinin asanlıqla tətbiq olunması mümkündür.

5. ENERJİ QƏNAƏTİ. Sendviç panellər vasitəsilə enerji sərfiyyatını azaltmaq mümkündür. Panellərin növündən, havanın temperaturundan asılı olaraq binaların qızdırılması və soyudulmasına ortalama 20-50% daha az enerji sərf oluna bilər. Beləliklə, qənaət baxımından böyük fayda əldə edəcəksiniz.