PE borular

610
Tarix: Aprel 2022

Polietilen, bir çox məhsullarda istifə olunan termoplastik materialdır. 

Adının ingilis dilində qarşılığı olan "High Density Polyethylene" sözlərinin qısaltmasından yaranmışdır.Texnologiyanın inkişafı ümumilikdə inşaat sektorunda və eyni zamanda plastik boru istehsalı üçün lazımi xammaddənin tərkibində də önəmli irəliləyişi təmin etmişdir. 1950-ci illərdə inkişaf etdirilən PE borular ilk dəfə içməli su xətlərində istifadə olunmuşdur. İllər keçdikcə təkminləşdirilərək içməli su ilə yanaşı,qaz xətlərinin çəkilişi, dəniz sularının axıdılması, su drenaj sistemi, suvarma sistemləri, mədən sənayesi kimi sahələrdə istifadə olunmaqla, bu sahələrdə ekonomik və dayanıqlı həll olmuşdur. Bu borular digər markalı (PE 63, PE 80) borular ilə müqayisədə daha az divar qalınlığına və daha üstün mexaniki xassələrə malikdirlər.

Sadalananlar ilə yanaşı Polietilen boruların digər üstünlükləri arasında:

  • Yüksək elastiklikdə olması sayəsində asan montajlanmanı təmin etməsi
  • Seysmik aktivliyə qarşı dözümlülük
  • Çatlamaması
  • Sualtı döşəmələrə uyğun olması; Duzlu su və yeraltı hərəkətlənməyə dayanıqlılıq
  • Kimyəvi maddələrdən təsirlənməməsi
  • Suyun dad və rəngini dəyişməməsi və sağlamlığa uyğun olması kimi xüsusiyyətləri qeyd etmək olar.

Ümumilikdə 50°C-yə qədər istiliyə dözümlü olan borular Petrokimya texnologiyası sahəsində gəlinən ən son nöqtə olan 3-cü nəsil PE materialdan hazırlanmaqdadır.

Quraşdırılma və tətbiqi düzgün şəkildə aparıldıqda, PE borular 50 il və daha artıq müddətə istifadə oluna bilər.