Niyə sendviç panellərini seçirlər?

630
Tarix: Mart 2021

Son bir neçə onillik ərzində sendviç panellər tikinti sektorunda inqilabi həllə çevrilib. 

Təyinatına görə bu material iki funksiyanı yerinə yetirir – arakəsmə (damlar və divarlar üçün) və termoizolyasiya.

Tikinti bazarında fərqli uzunluq (3-15 metr arası), qalınlıq (50-120 mm arası), fərqli doldurucu (penopolistirol, daşyunu, poliuretan), fərqli səthli (mikroprofilli, hamar və ya çuxurlu), fərqli qoruyucu səthli və fərqli RAL kodlu sendviç panelləri mövcuddur.

Sendviç panellərin digər konstruksiyalar qarşısında bir sıra üstünlükləri vardır. Sendviç panelinin istifadəsi zamanı, ilk növbədə, tikilinin yüksəldilmə vaxtı qısalır və proses daha ucuz başa gəlir. Hazır komponent olan bu panellər, istənilən anda montaj üçün hazır və yararlıdır.

Sendviç panellər üç əsas versiyada mövcuddur. Poliuretan dolğulu panellər istilik izolyasiyası üçün uyğundur. Daşyunu olan panellər isə səs və alov izolyasiyası üçün yararlıdır. Bəzən, eyni konstruksiyada bu iki növ izolyasiya panelindən istifadə olunur.

Bütün əlavə sənaye üstünlüklərindən savayı, tədricən, tikinti şirkətləri panellərin estetik görünüşünə də xüsusi diqqət verməyə başlayır. Binaya olan maraq, adətən, onun xarici görünüşündən asılıdır. Buna görə də son zamanlar binaya verilən individual xüsusiyyətlər böyük önəm kəsb edir.

Sendviç paneldən hazırlanmış obyektlər sərbəst şəkildə tərtib oluna bilər. Materialın işlənməsi asan olduğundan, Avropa ölkələrində getdikcə mağazalar, anbar və ya sex, avtosalon, idman zalları, logistika mərkəzlərin tikintisi sendviç panellərdən icra olunur.