Neft platformaları üçün konteynerlərin istehsalı

676
Tarix: Yanvar 2022

Şirkətimizin ən böyük üstünlüklərindən biri sifarişçilərin tələblərini qısa zamanda və üstün keyfiyyət standartlarına uyğun şəkildə hazırlamağımızdır. 

Ərsəyə gələn hər bir işdə və məhsulda keyfiyyət və sürətli iş balansını qoruyub saxlamaq əsas prioritetlərimizdəndir.

Azərbaycanda fəaliyyət göstərən ən iri beynəlxalq neft şirkəti öz platformalarında istifadə edəcəyi konteynerlərin istehsalı üçün bizi seçdi. Müxtəlif ölçülü və təyinatlı 50-yə yaxın konteyner yüksək peşəkarlıqla, 10 gün ərzində hazırlanaraq sifarişçiyə təhvil verildi. Konteynerlərin hazırlanması prossesi keyfiyyətli avadanlıqlar ilə təmin olunmuş qapalı məkanda həyata keçirildi və lazım olan bütün zəruri təchizat sistemi qurulma zamanı yerləşdirildi. İstehsal prossesi yalnız yüksək keyfiyyətli avadanlıq və materiallar vasitəsilə həyata keçirildi. Hər bir konteyner elektrik sistemlərinin nəzarəti üçün fərdi idarə paneli ilə təmin olundu.

Məlum olduğu kimi, beynəlxalq şirkətlər istehsalat zamanı yüksək standartlara cavab verən məhsullar, bütün vacib test,sertifikasiya və lisenziyaların olmasını tələb edir. Layihənin icrası zamanı sifarişçi üçüncü tərəf vasitəsilə Load Test, Magnetic Particle (MP) test, Elektrik sisteminin FAT (Factory Acceptance Test) testlərini icra etdirdi. Tələb olunan bütün testləri uğurla başa vuran məhsullarımız artıq unvana çatmaq üzrədir.

Əldə olunan daha bir uğur münasibətilə komandamızı ürəkdən təbrik edirik!