Müşahidə məntəqəsi və ofis tipli konteynerlər

803
Tarix: Avqust 2022

Uzun illərdirki konteynerlər inşaat sektorunun ayrılmaz bir parçasıdır. İstənilən iqlim şəraitinə uyğunluq, sürətli istehsal, təbii fəlakətlərə qarşı dayanıqlılıq, asan daşınma və yükləmə, müxtəlif ölçülərdə istehsal kimi amillər konteynerləri bu sahədə ən önəmli və səmərəli həll yolu etmişdir. İnşaat məkanlarında əsasən yeməkxana, yataqxana, duş, depo və s. kimi məqsədlər üçün istifadə olunan konteynerlər son dönəmlərdə sürətlə sosial həyata da inteqrasiya etməkdədir.

Bununla yanaşı, monoblok və ya demontaj halında istehsal olunan konteynerlərimiz ofis və müşahidə məntəqəsi kimi məqsədlər üçün də tez-tez üz tutulan seçimdir. Ənənəvi metodlardan fəqli olaraq daha tez, büdcəyə uyğunluq, asan daşınma və qurulma sayəsində bu məqsədlər üçün istifadəsi uyğundur. Müəssisımizdə 1 metr uzunluğundan 12 metr uzunluğa, 4 metr eninə kimi müxtəlif növ daşına bilən və yerində qurulan konteynerlər istehsal edilir. Dizayna gəldikdə isə xəyallar sonsuzdur və biz istənilən dizaynı əlçatan edirik. Bunun üçün siz təyinat məqsədini bildirə və bizim dizayn komandamıza arxayın ola bilərsiniz.

UPS Construction qısa zamanda 5000-dən artıq konteyner istehsal etməklə Azərbaycanın ən böyük konteyner istehsalçısına çevrilmişdir. Bizim işlərimiz ilə ölkənin müxtəlif yerlərində rastlaşa bilərsiniz. Təhvil verilən istənilən təyinatlı konteynerlərin tərəfimizdən xüsusi dəqiqlik ilə istehsal olunduğuna əmin ola bilərsiniz. Məntəqələrin ölçüsündən asılı olmayaraq biz ən sağlam tikili və gözoxşayan dizaynı təklif edirik.