Modul tipli məktəblər

742
Tarix: Noyabr 2021

Bir millətin gələcəyini təhsilsiz təsəvvür etmək mümkün deyildir. 

Yaxşı təhsilin təməl şərtlərindən biri də rahat və etibarlı şəraitin qurulmasıdır. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı qərarından sonra ölkədə bu tip məktəblərin tətbiqi aktuallıq qazandı.

Modul tipli məktəbləri ənənəvi məktəblərdən fərqləndirən, bu məktəblərin daha aşağı maliyyətə ərsəyə gəlməsidir. Belə ki, bir ənənəvi məktəbin tikintisinə sərf olunan büdcəyə 10 modul tipli məktəb quraşdırmaq mümkündür.

Qəzalı vəziyyətdə olan məktəblərin təmir və yenidən tikintisi zamanı, şagirdlərin təhsildən yayınmaması üçün həmən ərazilərdə modul tipli məktəblərin qurulması, asan daşınma, tətbiq və şağird sayına uyğun olaraq rahatlıqla həcmin artırılıb- azaldılması, modul tipli məktəbləri daha əlverişli edir.

Avropa və Amerika kimi inkişaf etmiş ərazilərdə geniş istifadə edilən bu praktika, daha çeviklik, optimallıq və keyfiyyəti sayəsində ölkəmizdə də əsasən çətin relyefli və qəzalı ərazilər üçün daha məqsədəuyğun hesab olunur. Həmçinin, əhalisinin sayı az olan və rayon mərkəzindən uzaq olan ucqar, dağlıq ərazilərdə, şağird sayına uyğun olaraq, bu tip məktəblərin qurulması daha səmərəlidir, nəyinki, ənənəvi məktəb tikintisinin tətbiqi.

Belə məktəblərin qurulması zamanı xüsusi seçilmiş, daxili və xarici materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır. İnşaat işləri də əsaslı tikintiyə nisbətən kiçik maliyyə vəsaiti tələb edir.