Modul tipli konteynerlər haqqında

709
Tarix: Sentyabr 2021

Globallaşan dünyamızda hadisələr və tələblərin sürətlə dəyişməsi modul tipli konteynerlərə tələbatı sürətlə artırır.

İstər yaşayış, istərsə də iş üçün zərurət halını almış bu növ konteynerlər müxtəlif təyinatlar üzrə istifadə oluna bilər. Onlar həm müvəqqəti yaşayış yeri, həm də ofis, yataqxana, yeməkxana və tibb məntəqəsi kimi geniş istifadə sahəsinə malikdir.

Müxtəlif ölçülərdə və dizayn baxımından olduqca geniş seçimə malik birmərtəbəli modul tipli konteynerlər, mütəxəssislərimiz tərəfindən yüksək dizayn və inşaat standartların uyğun olaraq yaradılır. Bu konteynerlərin inşasında qaynaq üsulu əvəzinə birbaşa bolt və vintlərin istifadə olunması, blok konteynerlərin daşınma və quraşdırılma prossesini olduqca asan və əlverişli edir.

Uniprocurement şirkəti tərəfindən hazırlanan müxtəlif təyinatlı bu konteynerlər həm sadə - bir rəngli, həm də kamuflyaj tərtibatında olmaqla müxtəlif seçim imkanı təmin edir. Üstün keyfiyyətli materiallardan inşa olunmuş modul tipli blok konteynerlər yüngül və asan quraşdırılma ilə yanaşı, su və yanğına davamlılıq, yüksək termo və səs izolyasiyası təminatı baxımından da əlverişlidir.

Şirkətimiz tərəfindən mövcud bütün standartlar nəzərə alınaraq tərtib olunan modul tipli konteynerlər bütün iqlim növlərinə uyğun tavan, döşəmə və hazır quraşdırılmış su, elektrik xətləri ilə təchiz olunmuş şəkildə istehlakçıların istifadəsinə təqdim olunur.