Modul tipli evlərin müsbət xüsusiyyətləri

660
Tarix: Dekabr 2021

Müasir modul tipli evlər son bir neçə ildə o dərəcədə inkişaf etmişdir ki, onlar bir çox sahədə ənənəvi qaydada tikilmiş evlər ilə rəqabət apara bilərlər. 

Bu tip evlərin qurulmasında keyfiyyət səviyyəsi və tikinti qaydalarına riayət olunması mütləq amillərdən hesab olunur. Modul tipli evlər təcrübəli mütəxəssislərimizin nəzarəti altında ənənəvi olaraq zavod şəraitində tikilir, xammal yerində yığılır.

Bu yazıda modul tipli evlərin bir sıra mübət cəhətləri haqqında məlumat tapa bilərsiniz.

Belə ki, onlar sifarəşçinin yerləşdiyi ünvana hazır şəkildə və ya istəyə uyğun olaraq hissələr halında daşınır və evin quruluşuna uyğun şəkildə hazırlanmış bünövrənin üzərinə yerləşdirilir. İqlim şəraiti də daxil olmaqla mövcud bütün şərait nəzərə alınaraq inşa edilən modul tipli evlər, ev sahibinə nəzərəçarpacaq dərəcədə qənaət etməyə imkan yaradır və bu qənaət, modul tipli evlərin daha az baxım məsrəfi tələb etməsi səbəbilə illər keçdikcə daha da artır.

Modul evlərin əsas üstünlüklərindən bir digəri isə ev tikintisinin sürətidir. Bu evlərin tikintisi istənilən hava şəraitində, qapalı mühitdə və qısa zaman ərzində başa vurulur.

İlboyu yaşam üçün modul evlər xüsusi istilik izolyasiyası ilə təmin olunur. Bütün daxili əlavələr adətən fabrikdə istehsal zamanı quraşdırılır. Hazır evə yalnız su təchizatı, kanalizasiya və elektrik enerjisinin qoşulması tələb olunur.

Qeyd olunan bütün bu xüsusiyyətlər modul tipli evləri daha çevik və əlverişli həll yolu edir.