Modul tipli evlər haqqında

735
Tarix: Avqust 2021

Üstün xüsusiyyətlər, mükəmməl keyfiyyət və rahat daşınma.

Bu üç amil modul tipli evləri səciyyələndirən əsas xüsusiyyətlər hesab etmək olar. Son zamanlar bu tipli evlər dünya ölkələri ilə yanaşı, ölkəmizdə də populyarlıq qazanmışdır. Universal Procurement Services müasir prefabrik modul tipli evlərin istehsalında Azərbaycanın pioner şirkətidir. Şirkətimizin təklif etdiyi yüksək keyfiyyətli modul tipli evləri digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də, bu evlərin yerində qaynaq üsulu ilə deyil, bir başa bolt və vintlər vasitəsilə qısa müddət ərzində quraşdırılıb  sahiblərinə təhvil verilməsidir.

Uzunömürlü və dayanıqlı olan modul tipli evlərin istehsalında ətraf mühitin təsiri xüsusilə nəzərə alınmışdır.

Belə ki, konteynerlərin spesifikasiyasında istifadə olunan materiallar,  onların interyer və eksteryerə uyğunlaşdırılması şirkətimiz tərəfindən yüksək dəqiqlik ilə təyin olunur.

Modul tipli evlərin karkasında istifadə olunan metal konstruksiyanın ölçüsü 100x100x4 mm şəklindədir.

Həmçinin istehsal zamanı:                                                         

  • H-60 mm 0.45/0.45 ölçülü poliuretan (yanmaz) divar sendviç panelləri, suyun və soyuğun keçməməsi üçün OSB + XPS izolyasiyaları;
  • 8 mm qalınlığında laminat;
  • Daşyun izolyasiyası ilə tavan aksessuarlar;
  • Yanğına dayanıqlı və izolyasiyalı çöl qapılar;
  • 100×100 ölçüsündə PVC pəncərələr;
  • İşıqlandırma və elektrik təchizatı.

İstəyə uyğun olaraq elektriklə işləyən istipol, bu tip evləri gözoxşayan olmaqla yanaşı, yüksək mexanizmlə hazırlanması bu tipli evləri hadisələrə qarşı olduqca dözümlü edir.