Modul evlərin tikintisi

789
Tarix: Yanvar 2022

Hər zaman fərqli layihələrə imza atan Uniprocurement şirkəti professional heyyəti ilə inşaat sahəsində tətbiq etdiyi yeniliklər ilə yeni dövrə yol açır. 

Əsas misiyalarımız arasında olan “2 aya villa”, “daş dövrünə son” başlığı altında tikintisinə başladığımız tezhouse.az layihəsi ənənəvi tikinti həlləri barierini aşaraq müasir və operativ inşaat mədəniyyətinin başlanğıcı rolunu daşıyır.

Qarşımıza məqsəd kimi qoyduğumuz müasir həll yollarının inşaat sahəsinə maksimum inteqrasiyası, villa, kotec, ofis və digər bu kimi tikililərdə fərqli, eyni zamanda modern görüntünü təmin edir. Start verdiyimiz bu layihə çərçivəsində artıq bir neçə villanın inşasını başa vurub təhvil vermişik. Qeyd etmək yerinə düşərdi ki, sifarişçilər də əldə olunan bu nəticədən olduqca məmnundurlar.

Ölkə səviyyəsində bir yenilik olan layihəmiz Şamaxı şəhərində yerləşən nəhəng Kənd təsərrüfatı obyektinin administrasiya ofisidir. İnşaat mədəniyyətinin başlanğıcı sayılacaq bu tikili 350 m2 sahəni əhatə edir. Obyekt yerli və beynəlxalq tikinti standartlarına uyğun olaraq, üstün Uniprocurement keyfiyyəti ilə inşa olunur. Uğurlu layihələndirmə, boyük əzm və səylə çalışan heyyətimiz sayəsində tikilinin inşasının tez bir zamanda başa vurulması gözlənilir.

İnşasına başlanılan bu böyük layihə münasibəti ilə bütün Uniprocurement komandasını səmimi qəlbdən təbrik edir və işlərində uğurlar arzulayırıq!