Metal konstruksiyalarının istehsalı haqqında

632
Tarix: Aprel 2021

Metal profil karkaslı evlərin inşasının əsasını təşkil edən əsas komponentdir. 

Metal konstruksiyaların istehsalatının əsas tətbiq sahələri karkas texnologiyalı tez tikilən fərdi ev, kommersiya təşkilatları və sənaye müəssisələridir. Metal konstruksiyalarının istehsalı deyiləndə, təkcə karkas sisteminin aparıcı panelləri deyil, həm də metal konstruksiyaların ayrı elementlərinin istehsalı da nəzərdə tutulur: sütunlar, fermalar, pilləkən, yanğın şitləri, stellajlar, arakəsmə və çəpərlər və s. 

Standart və ya individual layihə ilə hazırlanan metal konstruksiyalar bu gün müxtəlif təyinatlı tikililərin inşasında geniş istifadə olunur:

  • Kənd təsərrüfatı üçün ferma və anqarlar
  • Hovuz və idman kompleksləri
  • Mehmanxana, ticarət mərkəzləri
  • Yaşayış və ofis binaları
  • Dayanacaq, nəqliyyat vasitələrinin texniki xidmət stansiyaları və s.

Metal konstruksiyalar bina və ya tikilinin yüksək keyfiyyət və etibarlığını uzun illər ərzində təmin etməyə qadirdir. Bunun üçün istehsalatda bütün işlərin ardıcıllığı önəmlidir. Metal konstruksiyaların istehsal prosesi bir neçə əsas etapdan ibarətdir:

  • Gələcək konstruksiyanın layihəsi hazırlanır
  • Konstruksiyanın elementləri ayrıca hazırlanaraq, qaynaq və yığma işləri həyata keçirilir
  • Hazırlanmış konstruksiyanın üzərinə korroziyadan qoruyucu təbəqə və rəng yaxılır
  • Konstruksiya tikinti sahəsinə çatdırılaraq, montaj olunur.

Bütün bunlarla yanaşı metal konstruksiyaların istehsalatının bir sıra üstünlükləri də vardır: oda davamlı, korroziyanın profilaktikasının mümkünlüyü, profilin işlənməsinin asanlığı, asan montaj və s.