Metal konstruksiyalar

624
Tarix: İyul 2022

Ölkəmizdə, metal konstruksiya deyildikdə ilk ağla gələn şirkətlərdən birincisi şübhəsiz ki, UPS Constructionun şirkətidir. 

Heç bir uğur təsadüfü deyildir. Sifarişçilər tərəfindən tez-tez üz tutulan şirkət olmağımızın təməl səbəblərindən ilki ən çətin tapşırıqların belə öhtəsindən uğurla və təyin olunan zamanda gəlməyimizdir desək yanılmarıq. Məhz sahib olduğumuz ən son standartlara uyğun avadanlıqlar, ixtisaslı mühəndis və işçi heyyətimiz, uzun araşdırma və hesablamalara əsaslanan təcrübələrimiz ən mürəkkəb tapşırığı belə əlçatan edir.

Şirkətlər qrupumuzun nəznində fəaliyyət göstərən 4500 m2 ərazini əhatə edən fabrikimizdə metal konstruksiya ilə bağlı müxtəlif həllər təklif edirik. 

Aylıq 300 ton-a qədər kostruksiya işləri tutumuna malikdir.

İstehsal seximizdə 70 mm-ə qədər CNC kəsim, büküm, əyim, deşmə əməliyyatları keçirən avadanlıqlarımız ilə yanaşı torna dəzgahlarımız da mövcuddur. Müəssisəmizdə antikarroziya prossesinə xüsusi diqqət yetirilir. Həyata keçirilən metal konstruksiya işlərinə zavod, fabrik, anbar, anqar, ferma kimi ictimai və təsərrüfat həlləri ilə yanaşı, tutumu 1000 m3-ə kimi olan su çənləri, silos sistemləri də daxildir. Xüsusi avadanlıqlarımız vasitəsilə qalınlığı 10 mm-ə qədər olan metalların silinder vasitəsilə bükümü də həyata keçirilir.

Şirkətimiz tərəfindən istehsalı və dizaynı həyata keçirilən müxtəlif tipli konteyner, modul tipli layihə və soyuducu kameraların montajı tərəfimizdən xüsusi mühəndislik hesablamaları əsasında tətbiq edilir. Məhz bu cür yanaşmamız bizi modul tipli məntəqələrin quraşdırılmasında bazar lideri edir.