Konteynerlərin istehsalı

742
Tarix: Fevral 2023

UPS Construction şirkətinin fəaliyyətinin əsas sahələlərindən olan konteyner istetehsalatı 4500 m2 ərazini əhatə edən nəhəng fabrikdə həyata keçirilir. Bütün prosedurlar mərhələli şəkildə, ixtisaslı mühəndis, işçi və qaymaqçı heyətimiz tərəfindən ən son avropa və dünya standartlarına uyğun bir şəkildə tətbiq olunur.

Hər ay 300-dən artıq müxtəlif ölçü və təyinatlı konteynerlər istehsal edilərək istifadəyə verilir. Fabrikimizdə istehsal edilən konteynerlər müasirləşən dünya ilə bilikdə geniş istehlakçı kütləsinə xitab edir və onlar həm müvəqqəti yaşayış yeri, ofis, yataqxana, yeməkxana, həm də tibb məntəqəsi qismində istifadə oluna bilərlər. Dörd fəsil istifadəyə yararlı olan, yüksək göstəricidə izolyasiyaya malik konteynerlər elektrik və su təchizatı ilə təmin olunaraq hazır şəkildə sifarişçiyə təhvil verilir.

Yüngül çəki, asan daşınma və qurulma, vaxt və büdcəyə qənaət kimi üstünlüklər bu müasir seçimi daha aktual edir. Bununla yanaşı istehsal zamanı istifadə edilən materialların keyfiyyəti konteynerlərin uzun illər istifadəsinə zəmin yaradır. Konteynerlərin daxili dizaynı sifarişçinin tələblərinə uyğun olaraq ən uğurlu planlama ilə həyata keçirilir. İstifadə olunan məişət cihazları interyerin ümumi görünüşünə xələl yetirmədən istifadə üçün yararlıdır. Konteynerlərin mətbəx hissəsi lazımi mətbəx avadanlığı və mebeli ilə təchiz olunur, yataq otağında zəruri olan çarpayılar və dolablar quraşdırılır.

Şirkətimiz təyinatından asılı olmayaraq istənilən konteynerdə maksimum rahatlıq və iş qabiliyyətinin əldə olunması üçün keyfiyyət və peşəkarlıq ilə uzun illərdir fəaliyyət göstərməkdədir.