Konteynerlərin interyeri

683
Tarix: May 2021

Universal Procurement Service şirkəti tikinti, neft-qaz, energetika, kənd təsərrüfatı, telekommunikasiya və s. sektorlarda fəaliyyət göstərməklə yanaşı, həm də uzun illərdir ki modul tipli tikililərin inşası ilə məşğuldur.

Modul tipli konteynerlər həm daimi, həm də müvəqqəti istifadə üçün ən düzgün seçimdir. Sendviç panellərdən hazırlanan bu konteynerlər yüksək keyfiyyət, istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti və korroziyaya davamlılığı ilə seçilirlər. Modul konstruksiyasının çevikliyi sayəsində blok-konteynerləri öz aralarında birləşdirmək mümkündür. Təchizatın çoxsaylı variantları konteynerləri sizin tələblərinizə uyğun hazırlamağa imkan yaradır.

Universal Procurement Service şirkətinin hazırladığı konteynerlərin interyeri komfort şəraitini nəzərə alaraq quraşdırılır. Daxili təchizat və tərtibatın müxtəlif variantlarına əsaslanaraq, bu tip tikililərin interyeri yaşayış üçün tam uyğundur.

Konteynerlərin daxilində elektrik, qaz və su təchizatı, kanalizasiya sistemi quraşdırılır. İstifadə olunan məişət cihazları interyerin ümumi görünüşünə xələl yetirmədən, istifadə üçün yararlıdır. Konteynerlərin mətbəx hissəsi lazımi mətbəx avadanlığı və mebeli ilə təchiz olunub. Yataq otağında zəruri olan çarpayılar və dolablar quraşdırılıb. Konteynerlərin sanitar qovşağı sistemi modul tipli tikililərin standartlarına cavab verərək, yüksək peşəkarlıqla montaj olunub. Konteynerlərə ev rahatlığı və komfortunu bəxş edən tamamlayıcı ştrix qismində isə döşəmənin laminat örtüyüdür.

Universal Procurement Service şirkətinin təcrübəli komandası konteynerlərin tikinti, quraşdırması və təchizatını yüksək peşəkarlıqla həyata keçirərək sizin yardımçınız ola bilər.