Kafe & Bar tipli konteynerlər

682
Tarix: İyun 2022

İllər keçib dövr dəyişdikcə ənənəvi tikinti metodları demək olar ki, öz aktuallığını itirir. İstehlakçılar daha çox asan və tez başa gələn uğurlu nəticələr arzulayırlar və minimalizm, daha çox indiki anı yaşamaq fikri ön plana çıxır.

Bu səbəblədir ki, illərlə əsasən tikinti və ya təsərrüfat məqsədi ilə istifadə olunan konteynerlər artıq yavaş-yavaş günlük həyatımıza inteqrasiya edir. Son zamanlar “tiny house” – lar şəklində populyarlıq qazanan konteynerləri artıq otel, daşınabilən ev və ya Kafe & Bar tipli obyeklər şəklində də görə bilərsiniz.

Şəhərin ən görkəmli istirahət məkanlarından olan SEA BREEZE BEACH-də Kafe və Bar tipli konteynerlərimiz yerləşdirildi. Konteyner tərəfimizdən tam təmirli şəkildə təhvil verildi.

Qapalı məkanda, xüsusi şəkildə seçilmiş materiallardan istifadə olunaraq hazırlanan bu konteynerlər üstün keyfiyyəti sayəsində hələ uzun illər sifarişçinin istifadəsində olacaqdır. Hazırlanan konteynerlərin bir digər üstünlüyü isə kompakt quruluşu sayəsində istənilən yerə asanlıqla daşınmasıdır. Xüsusi mühəndis hesablamaları və usta işçilik ilə inşa edilən konteynerlərimiz istənilən fəsildə istifadəyə yararlıdır.

Çoxsaylı araşdırmalara söykənən təcrübələrə arxalanaraq müasir dövr ilə ayaqlaşan UPS Construction bu sahədə istənilən həll yolunu sizin üçün əlçatan edir. Sizin üçün ən yaxşısını dizayn və istehsal etməyə hazırıq.