Hazırladığımız müxtəlif təyinatlı konteynerlər

640
Tarix: May 2021

Universal Procurement Service şirkətinin çoxşaxəli fəaliyyətinin bir qolunu da modul tipli tikililərin inşası təşkil edir.

Bu tip tikililər blok konteyner prinsipi ilə yığılaraq, bir sıra üstünlüklərə malikdirlər.

Bizim şirkətimiz tərəfindən inşa edilən konteynerlər iş və yaşayış üçün zəruri olan bütün meyar və standartlara cavab verən blok konteynerlərimiz ən keyfiyyətli materiallardan hazırlanır.

Yüngül quraşdırılan, asanlıqla daşına biləcək, su və yanğına davamlı olan, yüksək termo və səs izolyasiyasına malik konteynerlərimiz həm daxildən, həm də xaricdən təchiz olunur. Konteynerlərin təyinatından asılı olaraq, onun eksteryer və interyerinin layihəsi bizim mütəxəssislər tərəfindən hazırlanır. Karkas sistemli olan modul tipli tikililər qısa vaxt ərzində yığılıb, montaj olunaraq, bölgəyə hazır şəkildə çatdırılmışdır.

Hazırladığımız konteynerlər həm sadə-bir rəngli, həm də kamuflyaj tərtibatında təhvil verilib. Birmərtəbəli konteynerlər müxtəlif təyinatlı tikililər üçün ən uyğun seçimdir. Bu blok konteynerlər yaşayış, sənaye və ya təsərrüfat ehtiyacları üçün nəzərdə tutulub. Onlar həm müvəqqəti yaşayış yeri, ofis, yataqxana, yeməkxana, tibb məntəqəsi qismində istifadə oluna bilərlər. Divar, döşəmə və tavan hissələri soyuq fəsildə istifadə üçün tam yararlıdır. Konteynerlərdə elektrik və su xəttləri çəkilib. Beləliklə, onlar istifadə üçün tam yararlıdırlar.