Gördüyümüz işlər haqqında məlumatlar

618
Tarix: May 2021

2015-ci ildə təsis olunan Universal Procurement Service tikinti, energetika, neft-qaz, kənd təsərrüfatı və digər əhəmiyyətli sektorlarda fəaliyyət göstərərək, ölkənin ən aparıcı şirkətlərindən biridir. 

Bizim gördüyümüz işlər, göstərdiyimiz xidmətlər fəaliyyətimizin yalnız görünən hissəsidir. “Kadr arxasında” qalan əsas istehsalat hissəsi isə çox zaman diqqətdən kənar qalır.

Bu postda sizə seximizdə gedən iş prosesindən danışmağa qərarlaşdıq. İstehsalatımızın keyfiyyətli işləməsi və istehsal texnologiyasının qaydalı həyata keçirilməsi üçün, təkcə avadanlıq, dəzgah və alətlər almaq kifayyət deyil. İstehsalat prosesinin əsas hissəsi – komanda işidir. Belə ki, seximizdə müxtəlif profilli, geniş və dar ixtisaslaşmalar üzrə işləyən peşəkarlar işləyir. Onların arasında dəmirçi, qaynaqçı, rəngsaz, tokar, döşəmə ustaları vardır.

Hal-hazırda, əsasən, modul tipli konteynerlərin hazırlanması üzərində çalışan kollektivimiz, bu işi yüksək peşəkarlıq və qısa vaxt ərzində ərsəyə gətirir. Bizim seximizdə konteynerlərin karkas hissələrinin kəsimi, montajı və yığılması həyata keçirilir. Bundan sonraki etapda konteynerlərin ölçülərinə uyğun olaraq materiallar kəsim olunur, məsələn, sendviç panel, profinastil, penoplas. Elektrik təchizatı xəttləri çəkilir. Seximizin rəngsazları rəng işlərini gördükdən sonra, modul konteynerlərə qapı və pəncərələr quraşdırılır. Bizim seximizdə döşəmə üzrə peşəkarlarımız tərəfindən vurulan laminat örtüyü konstruksiya prosesini tamamlayır. Bundan sonra blok-konteynerlərimiz təyinat nöqtəsinə göndərilir, yerində quraşdırılır.