Divar sendviç panelləri haqqında

702
Tarix: Avqust 2021

Universal, möhkəm və quraşdırmada asan olan sendviç panellər getdikcə istifadə coğrafiyasını genişləndirməkdədir. 

Uniprocurement şirkətinin istehsal etdiyi divar sendviç panelləri divar səthlərinin tikintisində istifadə üçün nəzərdə tutulur.

Sendviç panellər sənaye, kommersiya və məişət məqsədlərinin genişləndirilməsi üçün nəzərdə tutulan və praktikliyi ilə seçilən inşaat materialıdır. Uniprocurement şirkəti materialın təyinatı, qalınlığı, ölçü və forması, rənginə görə bir-birindən fərqlənən müxtəlif növlərini təklif edir.

Strukturuna görə material üç qatdan ibarətdir. Metalın bir neçə qatı və qalınlaşdırıcı materialın sayəsində sendviç panellər istinin saxlanılması və səs izolyasiyasında liderdir. Bundan əlavə, üç qatlı struktur müxtəlif temperatur faktorları və mümkün mexaniki zərərlərə qarşı da dözümlüdür.

Divar sendviç panelləri müxtəlif təyinatlı tikililərin inşasının təməlidir:

  • Sənaye kompleksləri;
  • Kənd təsərrüfatı (ferma, meyvə, tərəvəz, buğda saxlama anbarları);
  • Logistik terminallar;
  • Mağaza, ticarət pavilyonları;
  • Bağ, kottecləri;
  • Məişət tikililəri;

Təcrübəli mühəndis və memarlar sendviç panellərin keyfiyyəti itirmədən, bütün standart və normalara uyğun büdcə daxilinə sığmaq üçün əla üsuldur. Sendviç panellər bir çox Avropa, Asiya ölkələrində, eləcə də Şimali Amerikada tikinti sektorunda geniş istifadə olunur.

Materialın əsas təyinatı – divarların tikintisi və dam örtüklərinin qurulmasıdır. Müxtəlif sahə, mərtəbə və təyinatlı tikililərdə istifadə olunan panellər texniki xüsusiyyətləri sayəsində çox tez quraşdırılma imkanına malikdirlər.

Uniprocurement şirkəti Azərbaycanda sendviç panellərinin müxtəlif çeşidlərini təklif edir.