Daşyunlu sendviç panel

687
Tarix: Fevral 2023

Son zamanlar ölkəmizdə tikinti sahələrində, sosial və sənaye strukturlarında, fabrik və anbarlarda sendviç panellərdən geniş istifadə olunur. Bir çox binaların damlarında, fasadlarında, daxili arakəsmələrində və ya soyuq hava otaqlarında örtük materialı kimi tətbiq edilir. Sendviç panellər yüngül konstruksiyaya əlavə olaraq sürətli istehsal və montaj imkanları, yük daşıma qabiliyyəti və yüksək izolyasiya xüsusiyyətləri ilə memarlıq seçimlərində ön plana çıxır.

Sendviç panellər üç əsas növü mövcuddur. Hər biri xüsusi bir panel dolğu materialından istifadə edilməklə istehsal olunur. Beləliklə, poliuretan, mineral yun və EPS-dən hazırlanmış əsas materiallar var. Bu həllərin hər biri xüsusi ehtiyacları qarşılamaq üçün nəzərdə tutulub.

Daş yun, qeyri-üzvi xammal olan bazalt, diabaz və dolomit daşlarının yüksək temperaturda lifə çevrilməsi ilə əldə edilən mineral yun növüdür. Yanğın, istilik və səs izolyasiyasında əla nəticələr ərsəyə gətirməsi ilə seçilir.

Daş yunundan hazırlanmış panellər yanğın riski yüksək olan binaların damında, fasadında və ya arakəsmələrində istifadə olunur.

İstehsal prosesinə, əvvəla, daş yun blokları avtomatik olaraq istənilən ölçüdə dilimlənir, sonra liflər panel səthinə dik olaraq çevrilir. Kəsilmiş və döndərilmiş hər bir dilim panelin içərisinə yerləşdirilir və beləliklə panelin təzyiq müqavimətini daha da artırır.

SENDVİC PANELLƏR-qalınlığı 40-100 mm olan sinkləşmiş və paslanmayan poladdan hazırlanır. Metal təbəqələrin arası daşyunu vasitəsilə doldurulur.

Daş yunu materialın üstünlüklərini izah edək:

  • Odadavamlı
  • Deformasiyaya uğramayan.
  • Ekoloji cəhətdən təmiz

Bununla yanaşı daşyunu metala mənfi təsir göstərmir, yəni üzlük materialı korroziyaya uğramır, hətta paslanmır.