Daşyun sendviç panellərin müsbət cəhətləri

696
Tarix: Sentyabr 2022

Sendviç panel istehsalı zamanı geniş şəkildə istifadə olunan bir digər dolğu materialı isə daşyundur. Yanğına dayanıqlılıq sinfində olan mineral yun təbəqəsi sayəsində odadavamlı kompozit sistem olan bu material yüksək səs və istilik izolyasiyası ilə yanaşı tərkibində ətraf mühitə zərərli ola biləcək maddələr ehtiva etmir. Mineral yun dolğusu tam avtomatik istehsal müəssisələrində dilimlənir və lifləri panel səthinə perpendikulyar şəkləgətirilir, beləliklə panelin təzyiqə davamlılığını artırır. Qabırğaları doldurmaq üçün dilimlənmiş liflər, mərhələli əlavələrlə avtomatik olaraq panelə yeridilir. İstehsal zamanı bütün prosedurlar Avropa standartlarına uyğun ən son texnoloji yeniliklərə əsaslanan avadanlıqlar vasitəsilə həyata keçirilir.

Daşyun sendviç panel yüksək səs izolyasiya performansı təqdim edir. İstilik izolyasiyası, akustik tənzimləmə və yanğın izolyasiyası üçün də tətbiq edilir.

Daşyun sendviç panellər yanğın riskinin yüksək olduğu layihələrdə geniş istifadə olunur.

  • İstifadə temperaturu -50 ºC/+750 ºC.
  • İstilik keçiricilik əmsalı 0,035 W/MK-dır.
  • İstənilən rəng RAL kataloqundan seçilə bilər.
  • Xarici və daxili divarlarda, tavanlarda və damlarda istifadə edilir.
  • Müxtəlif həll yolları üçün uyğundur (yeyinti sənayesində korroziyaya həssas mühitlər üçün polyester, PVDF, PVC).
  • Tez və asan quraşdırma, vaxta və pula qənaət edir.
  • Geniş aksessuar seçiminə malikdir.

Daşyun dam panellərinin birləşmə yerlərində kondensasiyanın qarşısını almaq üçün xüsusi sızdırmaya qarşı lent/fitil istifadə olunur.