Damcı suvarma sistemləri

765
Tarix: Avqust 2022

Dünyada baş verən bir sıra qlobal dəyişikliklər insanları müxtəlif sahələrdə artıq səmərəliliyini itirmiş ənənəvi metodlardan istifadə etməməməyə və yeni, iş faydalılığını artıracaq üsullara yönləndirir.

Təsərrüfat sahəsi yeni üsulların tətbiqinədək ən çox israfa məruz qalan sahələrdən biri idi. Bu sahədə damcı sulama üsuluna üz tutmaq, həm işçi qüvvəsinə, həm də suya qənaət etməsi ilə faydalı iş əmsalını yüksəldir.

İlk öncə damcı sulama sistemi nədir?

Damcı sulama damcı suvarma boruları vasitəsilə həyata keçirilən sulama sistemidir. Xüsusi filtirlər vasitəs ilə içindəki qum, gil, yosun və s. qarışıqlar təmizləndikdən sonra su damcı suvarma borularından bitkilərin kök hissəsinə damcılar halında verilir. Bu suvarma sistemlərdindən istənilən növ ərazilərdə istifadə etmək olar.

Tətbiqin birbaşa avtomatlaşdırılması sayəsində suvarma zamanı daha az insan əməyindən istifadə olunur və günün müxtəlif saatlarında suvarmanı daha da asan edir. Damcı suvarma üsulunda faydalı istifadə əmsalı səthi suvarmadan fərqli olaraq 95%-dən yuxarıdır.

Damcı sulama sistemləri sadalananlar ilə yanaşı bir sıra digər üstünlüklərə da malikdir:

  • Suvarma suyu ilə gübrələrin verilməsinin təmin edilməsi; 
  • Daha az su istifadə etməklə daha çox ərazilərin suvarılması; 
  • Suyun qida elementlərinin maksimum bərabər paylanması; 
  • Torpağı havalandırmağa ehtiyacın olmasması; 

Alaq otlarının zəyif inkişafı və onlar ilə asan mübarizə kimi amillər bu sistemləri olduqca əlverişli edir.