Dam örtüklü sendviç panellər haqqında

716
Tarix: Avqust 2021

Bu gün ənənəvi dam örtüklərinin yerini getdikcə yeni texnologiyalar tutmağa başlayır. 

Mahiyyətcə köhnələrdən fərqlənən bu materiallardan kifayət qədər möhkəm, istilik saxlayan dam örtükləri hazırlanır. Uniprocurement şirkətinin sendviç panellərdən istehsal etdiyi dam örtükləri inşaat sektorunda nisbətən yeni, lakin artıq özünü doğrultmuş texnologiyaya əsaslanır.

Sendviç panellərin tikintidə istifadəsi çoxsaylı memarlıq məsələlərini həll etmək imkanı yaradır. İstehsalat prosesində yanmayan materialların istifadə olunması sayəsində məhsul oda davamlı xüsusiyyətlərə malikdir. Uniprocurement şirkətinin istehsalı olan dam örtükləri üçün nəzərdə tutulmuş sendviç panellərinin maksimal istifadə dərəcəsi 70-80°C , maksimal temperatur davamlılığı isə 100-110 °C.

Müasir dam örtüklü sendviç panellər üç qatlı konstruksiya şəklində istehsal olunur: orta qatda qızdırıcı material, ikitərəfli örtmə material qismində isə metal lövhələr istifadə olunur. Bu metal lovhələrin ölçüsü 0.3 – 0.5 qalınlıqda olur.

Sendviç panellərdən yığılan damların istifadə imkanları olduqca genişdir. Məhz ona görə, materialın inşaatda istifadəsi getdikcə artmaqdadır. Sendviç panelli dam örtükləri anbar və ticarət müəssisələri, yaşayış kompleksləri və xüsusi obyektlərin tikintisində aktiv şəkildə istifadə olunur. Bununla bərabər, sendviç panellərdən hazırlanan dam örtükləri dəbli baxılaraq, həm də daha funksionaldırlar.

Uniprocurement şirkətinin sendviç panelləri yüksək keyfiyyəti, istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir.