Bakıda konteyner evlər

829
Tarix: May 2023

Əvvəllər konteynerlər tikinti zamanı ofis kimi istifadə olunurdu, çünki, konteyner tipli ofislər inşaat zonasına asan daşınırdı, lazımi avadanlıqla (kondisioner,mebellə) təmin olunurdu.

Bundan əlavə konteyner evlər; bayram, kütləvi tədbirlər, fövqəladə hallar zamanı, müvəqqəti yaşayış məkanı kimi istifadə olunurdu.Sonralar konteyner evlər turizm sahəsində də populyarlaşdı.Turistlər üçün, hətta 2-4 mərtəbəli hotellər belə inşa olunurdu.Son illərdə konteyner tipli evlər insanlar tərəfindən böyük maraqla qarşılanır. Dünyada bu tipli evlərin tikilməsi sürətlə inkişaf edir. Müştərilər dayanıqlı,qənaətli,sərfəli və qısa müddətdə inşa olunan konteyner evlərdə yaşamağa üstünlük verirlər.

Estetik cəhətdən daha da cəlbedici və modern görünüşlü evlər müştərinin zövqünə və tələblərinə uyğun layihələndirilir. İstənilən ölçüdə, (məhdudiyyətsiz) və formada hazırlana bilər. Hətta, bəzi hallarda konteynerlərdən iki və yaxud çoxmərtəbəli bina inşa etmək mümkündür.Konteynerlər daxili izolyasiya sistemi ilə təchiz olunur. Beləliklə ev soyuqdan, səs-küydən, rütubətdən qorunur.

Bundan əlavə konteyner müasir yaşayış standartlarına uyğun olaraq soyuducu, paltaryuyan, kondisioner, mebel ilə təmin edilir. Yəni, konteyner evdə komfortlu yaşamaq üçün bütün şərait yaradılır.